Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

AVRO-2024: Fransa növbəti mərhələyə yüksəldi, Polşa turniri tərk etdi
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının D qrupunda III turun oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, Fransa Polşa ilə heç-heçə edib - 1:1.
Qrupu Avstriya yığması lider kimi tamamlayıb və 1/8 finala yüksəlib. Fransa millisi isə ikinci yerin sahibi kimi növbəti mərhələyə vəsiqə qazanıb. Niderland ən yaxşı qrup üçüncüsü kimi pley-off şanslarını davam etdirir. Polşa isə yarışla vidalaşmalı olub.
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində Fransa və Polşa milli komandaları arasındakı oyuna start verilib.
Oxu.Az xəbər verir ki, D qrupunun qarşılaşması Almaniyanın Dortmund şəhərindəki "Siqnal İduna Park" stadionunda keçirilir.
Oyunu Marko Quidanın (İtaliya) başçılıq etdiyi hakimlər heyəti idarə edir.
Qeyd edək ki, qrupda dörd xal toplayan Niderland yığması turnir cədvəlinə başçılıq edir. İkinci yeri Fransa komandası (dörd) tutur. Avstriya (üç) üçüncü, xalı olmayan Polşa isə dördüncü pilləni qapayır.
Fransanın öz qrupundan vəsiqə qazanmaq üçün şansı var. Polşa isə qalib gəlsə belə, çempionatda çıxışını davam etdirə bilməyəcək.

"AVRO-2024" teqi üzrə xəbərlər
- Güləş üzrə Avropa çempionatı: Ruzanna Məmmədova məğlub oldu
- "Bavariya" gənc hücumçu ilə müqaviləni uzadıb
- 2024-cü ilin ən yaxşı hakimləri bəlli olub
- UEFA narkotik istifadəsində şübhəli bilinən ingiltərəli hakimlə bağlı araşdırmalara başlayıb
- Ronaldu "AVRO-2024"də yerinə yetirə bilmədiyi penaltidən sonra ağlamasının səbəbini açıqladı