Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
AVRO-2024: Gürcüstan - Çexiya oyununda qalib müəyyənləşməyib
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II tura start verilib.
Oxu.Az-ın məlumatına görə, günün ilk matçında Gürcüstan və Çexiya yığmaları üz-üzə gəliblər.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Gürcüstanlı Jorj Mikautadze 45+4-cü dəqiqədə penaltidən fərqlənib. 59-cu dəqiqədə Patrik Şik tarazlığı bərpa edib.
Qeyd edək ki, Gürcüstan seçməsi ilk matçda Türkiyəyə (1:3), Çexiya isə Portuqaliyaya (1:2) uduzub.
Bu gün saat 20:00-da Türkiyə - Portuqaliya görüşü gerçəkləşəcək. AVRO-2024 iyulun 14-də başa çatacaq.
Futbol üzrə 2024-cü il Avropa çempionatının F qrupu çərçivəsində Gürcüstan və Çexiya milliləri arasında görüş başlayıb.
Oxu.Az xəbər verir ki, qarşılaşmanı almaniyalı hakimlər briqadası idarə edir.
Qeyd edək ki, ilk oyunda Gürcüstan Türkiyəyə 1:3, Çexiya isə Portuqaliyaya 1:2 hesabı ilə məğlub olub.
"AVRO-2024" teqi üzrə xəbərlər
- UEFA narkotik istifadəsində şübhəli bilinən ingiltərəli hakimlə bağlı araşdırmalara başlayıb
- Ronaldu "AVRO-2024"də yerinə yetirə bilmədiyi penaltidən sonra ağlamasının səbəbini açıqladı
- İspaniya ilə Argentina milliləri arasında keçiriləcək "Finalissima" matçının tarixi bəlli olub
- Avropa çempionatına ev sahibliyi edən Almaniyanın gəliri bəlli olub
- Yann Zommer milli komandadakı karyerasını başa vurdu
Rəylər