Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

AVRO-2024: İspaniya 1/8 finala yüksəlib
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun İspaniya - İtaliya görüşü başa çatıb.
Oxu.Az xəbər verir ki, Helzenkirhen şəhərindəki "Feltins Arena"da gerçəkləşən oyunda "buğalar" minimal hesabla qalib gəliblər - 1:0.
İtaliya millisinin heyətində 55-ci dəqiqədə Rikkardo Kalafiori avtoqol müəllifi olub. İspaniya yığması bu qələbə sayəsində B qrupundakı xalını 6-ya çatdıraraq 1/8 final mərhələsinə yüksəlib.
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun İspaniya - İtaliya görüşü start götürüb.
Oxu.Az xəbər verir ki, matç Almaniyanın Helzenkirhen şəhərində keçirilir.
Qarşılaşmanı sloveniyalı baş hakim Slavko Vinçiç idarə edir.

"AVRO-2024" teqi üzrə xəbərlər
- Güləş üzrə Avropa çempionatı: Ruzanna Məmmədova məğlub oldu
- "Bavariya" gənc hücumçu ilə müqaviləni uzadıb
- 2024-cü ilin ən yaxşı hakimləri bəlli olub
- UEFA narkotik istifadəsində şübhəli bilinən ingiltərəli hakimlə bağlı araşdırmalara başlayıb
- Ronaldu "AVRO-2024"də yerinə yetirə bilmədiyi penaltidən sonra ağlamasının səbəbini açıqladı