Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

AVRO-2024: Gürcüstan Portuqaliyanı məğlub edib 1/8-ə çıxdı
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunda Gürcüstan və Portuqaliya milli komandaları arasındakı oyuna gözlənilməz nəticə ilə bitib.
Oxu.Az xəbər verir ki, F qrupunun matçında qonşu ölkənin komandası pirineylilərin qapısından iki cavabsız top keçirməklə qalib gəlib və adını 1/8 finala yazdırıb.
Qeyd edək ki, bu qrupda lider Portuqaliya 6 xalla növbəti mərhələyə çıxışını öncədən təmin edib.
Türkiyə də eyni xalla ikinci olub. Gürcüstan 4 xalla mərhələ adlayıb. Cexlər isə cəmi 1 xalla turnirlə vidalaşıblar.
26.06.2024, 23:01
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunda Gürcüstan və Portuqaliya milli komandaları arasındakı oyuna start verilib.
Oxu.Az xəbər verir ki, qarşılaşma F qrupu çərçivəsində, Almaniyanın Helzenkirxen şəhərindəki "Arena AufŞalke" stadionunda keçirilir.
Oyunu Sandro Şererin (İsveçrə) başçılıq etdiyi hakimlər briqadası idarə edir.
Qeyd edək ki, bu qrupda lider Portuqaliya 6 xalla növbəti mərhələyə çıxışını təmin edib. Türkiyə 3 xalla ikincidir. Çexiya və Gürcüstan isə hərəyə 1 xalla müvafiq olaraq 3 və 4-cü yerləri tuturlar.
Beləliklə, F qrupunda hər komandanın yarışın növbəti mərhələsinə yüksəlmək şansı hələ də var.

"Futbol" teqi üzrə xəbərlər
- Türkiyə Superliqası: "Qalatasaray" - "Fənərbağça" derbisi qolsuz bitdi
- PSJ - "Brest" oyununda 7, "Real Madrid" - "Mançester Siti" matçında isə 4 qol vuruldu
- İngiltərə Premyer Liqası: "Liverpul" "Aston Villa" ilə bacarmadı
- Çempionlar Liqası: Dortmund "Borussiya"sı 1/8 finalda
- La Liqa: "Barselona" liderliyə yüksəldi