Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

AVRO-2024: Ukrayna ilk qələbəsini qazandı
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Slovakiya - Ukrayna görüşü başa çatıb.
Oxu.Az xəbər verir ki, Düsseldorf şəhərindəki "Esprit Arena"da gerçəkləşən E qrupunun görüşündə ukraynalılar qələbə qazanıblar - 2:1.
Matçda hesabı 17-ci dəqiqədə slovakiyalıların heyətində İvan Şrants açıb. 54-cü dəqiqədə "status kvo" bərpa olunub. Nikolay Şaparenko adını tabloya yazdırıb. Ukrayna yığmasına qələbə qazandıran qola isə 80-ci dəqiqədə Roman Yaremçuk imza atıb.
Qeyd edək ki, ukraynalıların heyətində Nikolay Şaparenko qarşılaşmanın ən yaxşı oyunçusu seçilib. 25 yaşlı futbolçu qarşılaşmada komandasının bərabərlik qoluna imza atıb.
Futbol üzrə 2024-cü il Avropa çempionatının E qrupu çərçivəsində Slovakiya və Ukrayna milliləri arasında görüş başlayıb.
Oxu.Az xəbər verir ki, qarşılaşmanı ingiltərəli hakimlər briqadası idarə edir.
Qeyd edək ki, ilk oyunda Slovakiya Belçikanı 1:0 hesabı ilə məğlub edib. Ukrayna isə Rumıniya millisinə 0:3 hesabı ilə məğlub olub.

Oyun başlayana qədər E qrupunda vəziyyət aşağıdakı kimi idi.
"AVRO-2024" teqi üzrə xəbərlər
- Güləş üzrə Avropa çempionatı: Ruzanna Məmmədova məğlub oldu
- "Bavariya" gənc hücumçu ilə müqaviləni uzadıb
- 2024-cü ilin ən yaxşı hakimləri bəlli olub
- UEFA narkotik istifadəsində şübhəli bilinən ingiltərəli hakimlə bağlı araşdırmalara başlayıb
- Ronaldu "AVRO-2024"də yerinə yetirə bilmədiyi penaltidən sonra ağlamasının səbəbini açıqladı