Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

AVRO-2024: Türkiyə çempionata inamlı qələbə ilə başladı
Almaniyada keçirilən futbol üzrə Avropa Çempionatının F qrupunda baş tutan Türkiyə - Gürcüstan matçında Türkiyə komandası 3:1 hesablı qələbə qazanıb.
Oxu.Az xəbər verir ki, Mərt Müldür 25-ci, Arda Gülər 65-ci dəqiqədə fərqləniblər.
Türkiyə millisində son nöqtəni Kərəm Aktürkoğlu 90+7-ci dəqiqədə qoyub.
Gürcüstan millisinin yeganə qolunu isə 32-ci dəqiqədə Georgi Mikautadze vurub.
Futbol üzrə 2024-cü il Avropa Çempionatının F qrupu çərçivəsində Türkiyə və Gürcüstan yığmaları arasında görüş başlayıb.
Oxu.Az-ın məlumatına görə, qarşılaşma Dortmund şəhərindəki "Siqnal İduna Park" stadionunda keçirilir. Oyunu Fakundo Tellonun rəhbərlik etdiyi Argentinadan olan hakimlər briqadası idarə edirlər.
Qeyd edək ki, komandalar əvvəllər beş dəfə üz-üzə gəliblər. Türkiyə yığması üç, Gürcüstan millisi isə bir dəfə qalib gəlib. Daha bir görüş heç-heçə başa çatıb.
Xatırladaq ki, F qrupunda Portuqaliya və Çexiya da yer alıb.

"AVRO-2024" teqi üzrə xəbərlər
- "Bavariya" gənc hücumçu ilə müqaviləni uzadıb
- 2024-cü ilin ən yaxşı hakimləri bəlli olub
- UEFA narkotik istifadəsində şübhəli bilinən ingiltərəli hakimlə bağlı araşdırmalara başlayıb
- Ronaldu "AVRO-2024"də yerinə yetirə bilmədiyi penaltidən sonra ağlamasının səbəbini açıqladı
- İspaniya ilə Argentina milliləri arasında keçiriləcək "Finalissima" matçının tarixi bəlli olub