Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında pley-off mərhələsinə vəsiqə qazanıb.
Oxu.Az xəbər verir ki, millimiz F qrupundakı ikinci oyununda İtaliya yığmasını 3:0 hesabı ilə məğlub edib.
"Tipos Arena"da keçirilən qarşılaşmada qolları Rəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə vurublar.
Qrupun digər qarşılaşmasında Fransa Avstriyanı üstələyib - 3:1.
Xatırladaq ki, ötən gün Avstriyaya minimal hesabla (1:0) qalib gələn komandamız mayın 30-da Fransa ilə qarşılaşacaq.
Azərbaycan millisi hazırda F qrupunda 6 xalla liderdir. Fransa 4 xalla ikinci, İtaliya 1 xalla üçüncüdür. Hər iki görüşdə uduzan Avstriya dördüncü sıradadır.
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bu gün ikinci oyununa çıxır.
Oxu.Az xəbər verir ki, millimiz İtaliya yığması ilə qarşılaşacaq.
"Tipos Arena"dakı matç Bakı vaxtı ilə saat 17:45-də başlayacaq.
Qeyd edək ki, F qrupunda mübarizə aparan Azərbaycan millisi ilk turda Avstriya yığmasını 1:0 hesabı ilə məğlub edib. Hazırda 3 xalla qrupda lider olan millimiz qrupda son matçını mayın 30-da Fransaya qarşı keçirəcək.