Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Avropa çempionatı: Azərbaycanın beş cüdoçusu mübarizəyə başlayacaq
Azərbaycanın beş cüdoçusu bu gün Monteneqronun paytaxtı Podqoritsada start götürəcək Avropa çempionatında mübarizəyə qoşulacaq.
Oxu.Az xəbər verir ki, ilk yarış günündə Əhməd Yusifov, Turan Bayramov (hər ikisi 60 kq), Ruslan Paşayev (66 kq), Könül Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva tatamiyə çıxacaqlar.
Görüşlər Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək. Yığma, həmçinin qarışıq komanda yarışında çıxış edəcək.
"Cüdo üzrə Avropa çempionatı" teqi üzrə xəbərlər
- Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazandı
- Hidayət Heydərov və cüdo millisinin baş məşqçisi Riçard Trautman Monteneqroda mükafatlandırılıblar
- Avropa çempionatı: Cüdoçularımızdan daha iki medal
- Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazandı
- Hidayət Heydərov millinin heyətindən çıxarıldı
Ən çox oxunanlar