Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

17 yaşlı qızın dəstəyə ehtiyacı var: "İllərdir onu müalicələrlə həyatda tuturuq"
17 yaşlı Ayselin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Hədiyyə Umudova məlumat verib.
O bildirib ki, övladı anadangəlmə ürək qüsuru ilə doğulub:
"Ayselin 17 yaşı var, onun əqli geriliyi var. Anadangəlmə ürək qüsuru ilə doğulub, ürəyində dəlik var. İllərdir onu müalicələrlə həyatda tutsaq da, son dövrlər vəziyyəti lap pisləşib".
Hədiyyə Umudova qızının əməliyyatı üçün pula ehtiyacları olduğunu deyib:
"Aysel təcili əməliyyat olunmalıdır. Bunun üçün isə 2 500 manatımız çatmır. Yardımsevər şəxslərdən mənim övladıma dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 360-37-33.
"Kapital Bank": 4169 7388 7565 5791.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Ailənin yeganə övladı iki ağır xəstəlikdən əziyyət çəkir: Röyalın yaşaması üçün dəstəyə ehtiyacı var
- Ata qızına kömək üçün yalvarır: "Balamın gözündən 1 damcı yaş töküləndə mənim gözümdən sel axır"
- Ağır yanıq xəsarətləri alan körpənin anası: "Ağrıdan nə yemək yeyə, nə yata bilir"
- Ağır xəstəlikdən əziyyət çəkən doqquz yaşlı qızın yaraları iltihablayıb, müalicəyə ehtiyacı var
- Yeddi yaşlı Xəyalın anası: "Yalvarıram, balamı ölməyə qoymayın"