Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Avropa çempionatı: Azərbaycanın daha beş güləşçisi mübarizəyə qoşulacaq
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Azərbaycanın daha beş yunan-Roma güləşçisi bu gün mübarizəyə qoşulacaq.
Oxu.Az-ın məlumatına görə, onlardan yalnız Nihat Məmmədli təsnifat mərhələsindən yarışa başlayacaq.
Digər dörd güləşçi 1/8 finaldan etibarən çıxış edəcək.
60 kq: Nihat Məmmədli - Nedyalko Petrov (Bolqarıstan)
67 kq: Həsrət Cəfərov - Sebastyan Nad (Serbiya)
72 kq: Ülvü Qənizadə - Giorgi Çxikvadze (Gürcüstan)
82 kq: Rafiq Hüseynov - Alperen Berber (Türkiyə)
97 kq: Murad Əhmədiyev - Tiron Sterkenburq (Niderland) / Daniel Qastl (Avstriya)
Bu gün, həmçinin 55, 63, 77, 87 və 130 kq çəki dərəcələrində medal görüşləri keçiriləcək. Azərbaycan idmançılarından dördü mükafat uğrunda yarışacaq. Rəşad Məmmədov (55 kq) və Murad Məmmədov (63 kq) Avropa çempionluğu üçün döşək üzərinə çıxacaqlar. Onlar həlledici dueldə müvafiq olaraq Artyom Deleanu (Moldova) və Aleksandr Qruşinlə (Ukrayna) üz-üzə gələcəklər.
İslam Abbasovla (87 kq) Beka Kandelaki (130 kq) isə bürünc mükafat qazanmağa çalışacaqlar. Onların rəqibləri təsəlliverici görüşlərdən sonra bilinəcək.
"Avstriya" teqi üzrə xəbərlər
- Avstriyada məktəbdə atəş açan şəxslə bağlı təfərrüat məlum olub
- Qratsdakı məktəbdə terror törədən şəxs erməni imiş?
- Avstriyada üçgünlük matəm elan olunacaq
- Avstriyada məktəblilərə atəş açan şəxs intihar etdi
- Avstriyada tarixçinin yerin altından tapdığı qutu İkinci Dünya müharibəsinə dair rəvayəti təsdiqlədi