Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazandı
Azərbaycanın daha bir cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Oxu.Az xəbər verir ki, yarımfinalda məğlub olan Rəşid Məmmədəliyev (73 kq) üçüncü yer uğrunda görüşdə Daniel Zeqedini (Macarıstan) üstələyib.
Bu, Azərbaycan cüdoçularının turnirdə qazandığı ikinci mükafat olub.
Ötən gün təmsilçilərimiz arasında Əhməd Yusifov (60 kq) bürünc medala sahib çıxıb.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Bu gün Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatda Azərbaycanın daha iki cüdoçusu mübarizəyə başlayıb.
Oxu.Az xəbər verir ki, Rəşid Məmmədəliyev (73) 1/16 finalda Benjamin Levi (Böyük Britaniya) ilə üz-üzə gəlib və rəqibini məğlub edib. O, ardınca Otari Kvantidzedən (Portuqaliya) də güclü olub. Məmmədyarov 1/4 finalda Joan-Benjamin Qabana (Fransa) qalib gələrək yarımfinala yüksəlib. O, bu mərhələdə Danil Lavrentevlə (İJF) qarşılaşıb və ipponla məğlub olub.
Rəqib növbəti görüşdə qələbə qazandığından Məmmədəliyev bürünc medal uğrunda Daniel Zeqedi (Macarıstan) ilə mübarizə aparacaq.
Bu gün mübarizəyə qoşulan Fidan Əlizadə (57 kiloqram) isə 1/16 finalda Anastasiya Sokiryanskanı (Latviya) məğlub edib. O, 1/8 finalda Benta Ndiayeə (İsveçrə) məğlub olaraq turnirlə vidalaşıb.
Azərbaycanın daha iki cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, bu gün Rəşid Məmmədəliyev (73 kq) və Fidan Əlizadə (57 kq) tatamiyə çıxacaqlar.
Ötən gün beş idmançı qüvvəsini sınayıb və yalnız Əhməd Yusifov (60 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
"Cüdo üzrə Avropa çempionatı" teqi üzrə xəbərlər
- Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazandı
- Hidayət Heydərov və cüdo millisinin baş məşqçisi Riçard Trautman Monteneqroda mükafatlandırılıblar
- Avropa çempionatı: Cüdoçularımızdan daha iki medal
- Avropa çempionatı: Azərbaycanın beş cüdoçusu mübarizəyə başlayacaq
- Hidayət Heydərov millinin heyətindən çıxarıldı