Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycan hərbçiləri Türkiyədə təlimlərdə iştirak edəcəklər
Türkiyənin Marmaris şəhərində aprelin 30-dək keçiriləcək "KURTARAN-2025" adlı beynəlxalq təlimlərdə iştirak etmək məqsədilə Azərbaycan hərbçiləri qardaş ölkəyə yola düşüblər.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlimlərdə Türkiyənin Hərbi Dəniz Qüvvələrinin, Quru Qoşunlarının, Hərbi Hava Qüvvələrinin və Sahil Mühafizə Qüvvələrinin iştirakı nəzərdə tutulub.
Təlimlər zamanı həmçinin "Yüksəksəviyyəli müşahidəçi günü"nün keçirilməsi də planlaşdırılıb.
Plana uyğun olaraq təlimlər çərçivəsində müxtəlif qoşun növləri qarşılıqlı əlaqədə qarşıya qoyulmuş tapşırıqları icra edəcəklər.

"Azərbaycan Müdafiə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub
- Bakıda Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüblər
- Sumqayıtda "Bayraktar" PUA-ları istehsal ediləcək
- Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
- Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub