Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Pakistanın müdafiə naziri: "Hindistan ölkə daxilində terror aktları planlaşdırır"
Pakistanın müdafiə naziri Xavaca Asif Hindistanın ölkənin müxtəlif şəhərlərində terror aktları planlaşdırdığına dair məlumatlara malik olduqlarını bildirib.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, çərşənbə axşamı Hindistanın Cammu və Kəşmir bölgəsində baş verən silahlı hücumda 26 nəfərin ölümündən sonra rəsmi Dehli İslamabadı baş verənlərdə ittiham edib.
"Hindistan bu cür terror aktları törədərsə, Pakistan buna bənzər cavab verəcək və qarşılığını ödəyəcəklər", - Asif bildirib.
Müdafiə naziri Asif Hindistanın onlara qarşı aşağıintensivli müharibə apardığını bildirib və əlavə edib: "Əgər bu müharibəni qızışdırsalar, biz hazırıq. Ərazimizi qorumaq üçün heç bir beynəlxalq təzyiqə boyun əyməyəcəyik".
"Hindistan-Pakistan münasibətləri" teqi üzrə xəbərlər
- Hindistanlı bloqer və siyasətçilər Azərbaycanı boykot kampaniyası başladıblar
- Pakistan ordusu Hindistana məxsus PUA-nı zərərsizləşdirib
- Hindistan Hərbi Hava Qüvvələrinə yüksək döyüş hazırlığı əmri verilib
- Hindistan Pakistandan idxal və tranzitə qadağa qoydu
- Hindistanın Pakistana qarşı təhdidlərinin arxasında hansı hesablar dayanır?