Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
:1200.jpg)
Avropa çempionatı: Beş sərbəst güləşçimizdən dördü finala yüksəlib - YENİLƏNİB
Azərbaycanın daha üç sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
70 kq-da yer alan Zirəddin Bayramov finala gedən yolda Gürcüstan təmsilçisi Zurabi Yakobişvili ilə qarşılaşıb.
Rəqibinə 3:4 hesabı ilə uduzan Bayramov bürünc medal uğrunda mübarizə aparacaq.
Onun rəqibi Mark Ditşe (İsveçrə) - Ramazan Ramazanov (Bolqarıstan) cütünün qalibi olacaq.
79 kq-da mübarizə aparan Əşrəf Aşırov yarımfinalda gürcüstanlı Vladimeri Qamkrelidzeyə 13:7 hesabı ilə qalib gəlib.
Aşırov finalda yunanıstanlı Georgios Kugiumtsidislə münasibətlərinə aydınlıq gətirəcək.
97 kq çəki dərəcəsindəki Məhəmmədxan Məhəmmədov polşalı Matyuş Baranovski ilə qarşılaşıb.
Rəqibinə 6:4 hesabı ilə qalib gələn Məhəmmədov adını finala yazdırıb. O, qızıl medal uğrunda qarşılaşmada macarıstanlı Vladislav Baytsayevlə üz-üzə gələcək.
Beləliklə, Azərbaycanın bu gün mübarizəyə qoşulan 5 sərbəst güləşçisindən 4-ü finala vəsiqə qazanıb. Məhəmmədovla yanaşı, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) qızıl, Zirəddin Bayramov (70 kq) isə bürünc medal uğrunda qüvvəsini sınayacaq.
20:30
Azərbaycanın iki sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında finala yüksəlib.
Əvvəlcə 57 kq çəki dərəcəsində yarışan Əliabbas Rzazadə gürcüstanlı Beka Bujiaşvili ilə qarşılaşıb.
O, 1 dəqiqə 15 saniyə ərzində tam üstünlüklə (10:0) qələbə qazanaraq adını finala yazdırıb.
Pəhləvanımızın həlledici qarşılaşmadakı rəqibi Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorov olacaq.
Ardınca isə 65 kq-da çıxış edən Hacı Əliyev yarımfinalda moldovalı Maksim Sakultanla üz-üzə gəlib.
Rəqibini 12:2 hesabı ilə məğlub edən 3 qat Avropa və 3 qat dünya çempionu həlledici qarşılaşmaya vəsiqə qazanıb.