Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Avropa çempionu olan yüngül atlet ağır xəstəliyə tutulduğunu açıqlayıb
1500 metr məsafəyə qaçışda Avropa çempionu olmuş yüngül atlet Kira Magian xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə 33 yaşlı idmançı özünün "Instagram" hesabında məlumat verib.
"Bu xəbəri qəbul etmək çətin idi, amma mən artıq müalicəyə başlamışam və ailəmin, yaxın dostlarımın sevgisinə və dəstəyinə sahib olduğum üçün inanılmaz dərəcədə xoşbəxtəm. Xahiş edirəm ki, biz birlikdə bu yolu keçərkən mənim şəxsi həyatıma və məxfiliyini qorumaq istədiyim məqamlara hörmət edəsiniz", - deyə Kira Magian qeyd edib.
İdmançı xəstəliyi ilə bağlı heç bir əlavə məlumat verməyib.
"Onkoloji xəstəliklər (xərçəng)" teqi üzrə xəbərlər
- Respublika Klinik Xəstəxanasında pasiyent üzərində eyni anda beş əməliyyat icra olunub
- Onkologiyada inqilab: Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
- Onkoloq-həkimi şantaj edən şəxsə hökm oxundu
- Baş həkimə qarşı 95 minlik dələduzluq edən şəxs məhkəmə zalından azadlığa buraxıldı
- Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
Ən çox oxunanlar