Azərbaycan idmançıları Tbilisdə keçirilən Avropa Gənclər Olimpiya festivalında artıq dörd medal qazanıblar.
Oxu.Az xəbər verir ki, dünən Avropa festivalının bürünc mükafatçısı cüdoçu İsmayıl İbrahimov olub (60 kq).
Xatırladaq daha öncə Şəfəq Həmidova (40 kq) qızıl, Kəramət Hüseynov (55 kq) gümüş, İbrahim Bayramlı (50 kq) bürünc medala sahib olublar.
Azərbaycan idmançıları Tbilisidə yarışlarda üzgüçülük, yüngül atletika, velosiped idmanı, cüdo, tennis və idman gimnastikası üzrə çıxış edirlər.
F.H.
www.oxu.az