UEFA ötən sezonun nəticələrinə əsasən, Avropa Liqasının ən yaxşı oyunçusunun adını açıqlayıb.
Oxu.Az championat-a istinadən xəbər verir ki, bu ada “Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba layiq görülüb.
Mükafat Monakoda Avropa Liqası - 2017/18-in qrup mərhələsinin püşkatmasından sonra futbolçuya təqdim edilib.
Poqba Avropa Liqasının ötən sezonunun final matçında “Ayaks”ın qapısına vurulan qollardan (2:0) birinin müəllifidir.
N.O.