Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Avropa Liqası: "Fənərbağça" turnirə qələbə ilə başladı
UEFA Avropa Liqasında ilk turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, Azərbaycan idmansevərləri üçün maraq kəsb edən qarşılaşmalardan biri Türkiyənin "Fənərbağça" klubu ilə Belçika "Yunion"u arasında baş tutub.
İstanbuldakı Şükrü Saracoğlu kompleksində oynanılan matçda hesabı meydan sahibləri açıblar. 26-cı dəqiqədə Çağlar Söyüncü qapını dəqiq nişan alıb.
İkinci hissə qonaqlar üçün daha uğursuz olub. 74-cü dəqiqədə belçikalılar azlıqda qalıblar. 82-ci dəqiqədə isə "Yunion"un futbolçusu topu öz qapısına vurmaqla fərqi artırıb.
Son dəqiqələrdə "Fənər"in futbolçusu qırmızı vərəqə ilə cəzalandırılıb. Az sonra isə belçikalılar fərqi azaltmağa nail olsalar da, məğlubiyyətdən xilas ola bilməyiblər - 2:1.
Rəylər