Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ərdoğan: "Türkiyənin BRICS və ya ASEAN-a daxil olması, onun NATO-dan çıxması demək deyil"
"Türkiyənin BRICS və ya ASEAN-a qoşulması onun NATO-dan çıxması demək deyil və bu, regionlarda balansı dəyişə bilər".
Oxu.Az-ın Anadolu-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdakı Türk Evində jurnalistlərə bildirib.
"İnanıram ki, BRICS və ASEAN-da mövcudluğumuz regionlardakı tarazlığı dəyişəcək. Bu, tamamilə fərqli bir strukturun yaradılmasına gətirib çıxaracaq. BRICS və ASEAN bizə iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün imkanlar verən birliklərdir. Onların işində iştirak bizim üçün NATO-dan imtina demək deyil. Bu birliklərin bir-birinə alternativ olduğunu düşünmürük. Müasir dünyada müəyyən beynəlxalq gərginlik olsa da, soyuq müharibə dövrü çoxdan geridə qalıb. Elə insanlar var ki, bizə deyirlər ki, BRICS və ya başqa təşkilatlara qoşulmayın. Amma bizi illərdir Avropa Birliyinin qapısında gözlətdirən həmin insanlardır. Onlara əsaslanaraq, biz heç vaxt gələcəyimizi qura bilməyəcəyik", - Türkiyə lideri bəyan edib.
Ərdoğan əlavə edib ki, Türkiyənin kontinental Avropa və Amerika ilə əlaqələri ilə yanaşı, Mərkəzi Asiya, Rusiya, Baltikyanı region, Uzaq Şərq ölkələri, Fars körfəzi, Afrika ilə sıx əlaqələri və ərəb coğrafiyasında dərin tarixi kökləri vardır.
"Türkiyə NATO üzvü olduğu üçün belə əlaqələri poza bilməz", - Ərdoğan vurğulayıb.
"Rəcəb Tayyib Ərdoğan" teqi üzrə xəbərlər
- Ərdoğan: "Beynəlxalq təhlükəsizlik müstəvisində ciddi hadisələr baş verir"
- Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salınıb
- Düşmənlərin canına qorxu salan təyyarənin özəllikləri: Türkiyənin seçiminin əsas məqsədi
- İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür məktubu göndərib
- Ərdoğan: "Suriyanı tək qoymayacağıq, Hakan Fidan tezliklə Suriyaya yollanacaq"
Rəylər