Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Avropa Liqası: "Mançester Yunayted" 1/8 finalda
UEFA Avropa Liqasının liqa mərhələsinin sonuncu - 8-ci turunun oyunları baş tutub.
Oxu.Az xəbər verir ki, turnirin favoritlərindən sayılan "Mançester Yunayted" səfərdə FCSB-dən üstün olub - 0:2.
Bu nəticə ilə "qırmızı şeytanlar" 18 xalla turnir cədvəlində 3-cü yeri tutub və birbaşa 1/8 finala adlayıblar. 14 xala malik Rumıniya təmsilçisi isə 11-ci pillədə qərarlaşaraq pley-offa vəsiqə əldə edib.
Digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
"Anderlext" - "Hoffenhaym" 3:4;
"Roma" - "Ayntraxt Frankfurt" 2:0;
"Atletik Bilbao" - "Viktoria Plzen" 3:1;
"Braqa" - "Latsio" 1:0;
"Dinamo Kiyev" - RFŞ 1:0;
"Ferentsvaroş" - "AZ Alkmaar" 4:3;
"Lion" - "Ludoqorets" 1:1;
"Makkabi Təl-Əviv" - "Portu" 0:1;
"Nitsa" - "Budyo Qlimt" 1:1;
"Reyncers" - "Royal Union" 2:1;
"Real Sosyedad" - PAOK 2:0;
"Slavia Praqa" - "Malmö" 2:2;
"Tottenhem" - "Elfsborq" 3:0.
"UEFA Avropa Liqası" teqi üzrə xəbərlər
- Avropa Liqası: "Qalatasaray" və "Fənərbağça" pley-offda, "Beşiktaş" turniri tərk etdi
- UEFA Avropa Liqası: "Olimpiakos" "Qarabağ"ı məğlub etdi
- UEFA AL: Liqa mərhələsinə 18 görüşlə yekun vurulacaq
- Qurban Qurbanov: "Pley-off şansımız qalmasa da, "Olimpiakos"la oyuna ciddi yanaşırıq"
- "Qarabağ" "Olimpiakos"la oyun üçün Yunanıstana yola düşdü
Rəylər