Avropa Liqasının qrup mərhələsinin son turunun bir sıra oyunları başa çatıb.
Oxu.Az xəbər verir ki, E qrupunda İngiltərənin “Liverpul” komandası səfərdə gözlənilmədən Belçikanın “Yunion” komandasına 2:1 hesabı ilə uduzub.
Tamamlanmış matçların nəticələrini təqdim edirik:
Avropa Liqası, 6-cı tur
14 dekabr
E qrupu
“Yunion” (Belçika) - “Liverpul” (İngiltərə) - 2:1
LASK (Avstriya) - “Tuluza” (Fransa) - 1:2
Cədvəl: 1. “Liverpul” - 12 xal, 2. “Tuluza” - 11, 3. “Yunion” - 8, 4. LASK - 3
F qrupu
“Renn” (Fransa) - “Vilyarreal” (İspaniya) - 2:3
“Panatinaikos” (Yunanıstan) - “Makkabi” (Hayfa, İsrail) - 1:2
Cədvəl: 1. “Vilyarreal” - 13 xal, 2. Renn - 12, 3. “Makkabi” - 5, 4. “Panatinaikos” - 4
G qrupu
“Slaviya” (Praqa, Çexiya) - “Servett” (İsveçrə) - 4:0
“Roma” (İtaliya) - “Şerif” (Moldova) - 3:0
Cədvəl: 1. “Slaviya” - 15 xal, 2. “Roma” - 13, 3. “Servett” - 5, 4. “Şerif” - 1
H qrupu
“Qarabağ” (Azərbaycan) - “Hakken” (İsveç) - 2:1
“Bayer” (Leverkuzen, Almaniya) - “Molde” (Norveç) - 5:1
Cədvəl: 1. “Bayer” - 18 xal, 2. “Qarabağ” - 10, 3. “Molde” - 7, 4. “Hekken” - 0