Avropa Liqasında qrup mərhələsinin II dövrəsinə start verilib.
Oxu.Az-ın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, qitə miqyaslı yarışlarda ölkəmizi təmsil edən “Qarabağ”ın meydana çıxdığı gün azarkeşlər bir çox maraqlı oyunlar izləyə bilib.
Qardaş ölkə Türkiyənin turnirdə çıxış edən komandalarından “Beşiktaş” 2 həftə öncə səfərdə 0:4 hesabı ilə məğlub etdiyi “Partizan”la üz-üzə gəlib. Bu matçda İstanbul klubu yenə rəqibinə qalib gəlib – 2:1.
“Trabzonspor” isə 2 cavabsız qolla üstələdiyi “Lokeren”nə qonaq olub. “Beşiktaş”dan fərqli olaraq Qara dəniz təmsilçisi xal itirib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Avropa Liqası
Qrup mərhələsi
IV tur
6 noyabr
A qrupu
“Sürix” – “Vilyarreal” - 3:2
Qollar: Etondi, 21, Cimsiti, 26, Çixaoui, 29 - Pina, 20, Moreno, 24
“Apollon” – “Borussiya” M - 0:2
Qollar: Raffael, 55, Hermann, 90
B qrupu
“Kopenhagen” – “Brügge” - 0:4
Qollar: Refaelov, 7; 30; 36, Vormer, 60
HİK – “Torino” - 2:1
Qollar: Baah, 60, Moren, 81 - Kvalyarella, 90
C qrupu
“Asteras” – “Tottenhem” - 1:2
Qollar: Barrales, 90 - Tauzend, 36, Keyn, 42
“Beşiktaş” – “Partizan” - 2:1
Qollar: Ba, 57-pen; 62 - Markoviç, 78
D qrupu
“Dinamo” Z – “Zaltsburq” - 1:5
Qollar: Henrikes, 60 - Soryano, 40; 64; 85, Kempl, 59, Bruno, 72
“Astra” – “Seltik” - 1:1
Qollar: Villyam, 79 - Yohansen, 32
E qrupu
“Dinamo” Mos – “Eştoril” - 1:0
Qol: Kuranyi, 77
“Panatinaikos” – PSV - 2:3
Qollar: Ayaqun, 11, Petriç, 42 - Depay, 27, De Yonq, 65, Viynaldum, 78
G qrupu
“Feyenoord” – “Rieka” - 2:0
Qollar: Əl Əhmədi, 9, İmmers, 20
“Sevilya” – “Standard” - 3:1
Qollar: Qameyre, 19, Reyes, 42, Bakka, 90 - M`Poku, 32
H qrupu
“Everton” – “Lill” - 3:0
Qollar: Osman, 27, Jaqelka, 42, Naismit, 61
“Volfsburq” – “Krasnodar” - 5:1
Qollar: Hunt, 47; 57, Quilavoğui, 73,Bendtner, 89-pen; 90+2 - Vanderson, 72
İ qrupu
“Napoli” – “Yanq Boyz” - 3:0
Qollar: de Quzman, 45+2, 67; 83
“Sparta” – “Slovan” - 4:0
Qollar: Lafata, 29; 84, Krejçi, 32, Kosta, 75
J qrupu
“Riu Ave” – “Styaua” - 2:2
Qollar: Lopes, 35, Lopes, 77-pen - Keserü, 61, Filip, 90+4
“Dinamo” K – “Olborq” - 2:0
Qollar: Vida, 70, Qusev, 90+4
K qrupu
“Fiorentina” – PAOK - 1:1
Qollar: Pasqual, 88 - Martens, 81
“Genqam” – “Dinamo” Min - 2:0
Qollar: Beauvue, 44, Mandanne, 86
L qrupu
“Legiya” – “Metallist” - 2:1
Qollar: Saqanovski, 29, Duda, 84 - Kobin, 22
“Lokeren” – “Trabzonspor” - 1:1
Qollar: Patosi, 5 - Varis, 45+1