Futbol üzrə Avropa Liqasının “play-off" mərhələsinin püşkatma mərasimi baş tutub.
Oxu.Az xəbər verir ki, Azərbaycan azarkeşlərinin diqqəti bu turnirdə Türkiyə təmsilçisi “Fənərbağça”ya yönəlib.
İstanbul klubunun rəqibi isə Makedoniya “Vardar”ı olub.
İlk oyunlar avqustun 17-də, cavab görüşləri avqustun 24-də baş tutacaq.
Püşkatmanın nəticələri:
“Şkendiya” (Makedoniya) – “Milan” (İtaliya)
“Osiyek” (Xorvatiya) – “Austriya” (Avstriya)
“Srvena Zvezda” (Serbiya) – “Krasnodar" (Rusiya)
“Panatinaikos” (Yunanıstan) – “Atletik” (İspaniya)
“Brügge” (Belçika) – “AEK” (Afina, Yunanıstan)
“Vardar” (Makedoniya) – “Fənərbağça” (Türkiyə)
“BATE” (Belarus) – “Aleksandriya” (Ukrayna)
A.H.