Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Avropa Oyunları: Azərbaycan badmintonçuları çıxışlarını başa vurublar - YENİLƏNİB + FOTO
Azərbaycanın qadın badmintonçusu Keyşa Fatimə Zəhra Polşada təşkil olunan III Avropa Oyunlarında çıxışını başa vurub.
“Report”un məlumatına görə, kişi badmintonçu Edi Reski Dviçayodan sonra o da fərdi kateqoriyada 1/8 final mərhələsində mübarizəni dayandırıb.
Zəhra bu raundda İsveçrə təmsilçisi Jenjira Stadelmanna məğlub olub. Azərbaycan idmançısı ilk hissəni öndə tamamlasa da, ümumilikdə 1:2 (21:16, 12:21, 15:21) hesabı ilə uduzub.
Həm Keyşa Fatimə Zəhra, həm də Edi Reski Dviçayo olimpiya təsnifat mərhələsində 3600 reytinq xalları toplayıblar.
18:20
Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo Polşada təşkil olunan III Avropa Oyunlarında medalsız qalıb.
“Report”un məlumatına görə, fərdi kateqoriyada qrup mərhələsində ardıcıl üç qələbə qazanan idmançı 1/8 finalda mübarizəni dayandırıb.
O, Finlandiya təmsilçisi Kalle Kolyonenə məğlub olub. Hər iki hissədə Azərbaycan badmintonçusunu üstələyən Kolyonen (2:0 - 21:18, 21:14) 1/4 finala yüksəlib.
Qeyd edək ki, qadın badmintonçu Keyşa Fatimə Zəhra bu gün fərdi kateqoriyada 1/8 final görüşünə çıxacaq.
15:54
Azərbaycan atıcısı Ruslan Lunyov Polşada keçirilən III Avropa Oyunlarında 25 metr məsafəyə tapança ilə sürətli atəş açmada qüvvəsini sınayıb.
“Report”un məlumatına görə, ikiqat Avropa çempionu təsnifat mərhələsinin birinci günündə 6-cı yeri tutub.
Snayper 300 mümkün xaldan 292-ni toplayıb.
Azərbaycanın qadın atıcıları Ülviyyə Eyvazova və Aydan Camalova isə trap yarışlarına start veriblər.
İdmançılar təsnifat mərhələsinin 1-ci günündə çıxış ediblər.
30 idmançı arasında Aydan Camalova 75 hədəfdən 68-ni dəqiq nişan almaqla 18-ci, Ülviyyə Eyvazova isə 64 dəqiq atəşlə 26-cı yeri tutub.
Qadın atıcılar iyunun 30-da təsnifat mərhələsinin ikinci günündə mübarizə aparacaqlar.
09:59
Polşada təşkil olunan III Avropa Oyunları davam edir.
“Report”un məlumatına görə, yarışın onuncu günündə Azərbaycan idmançıları üç növdə mübarizə aparacaqlar.
Ölkə təmsilçiləri atıcılıq, badminton və çimərlik futbolunda qüvvələrini sınayacaqlar.
Atıcılıq
11:00. Kişilər (25 metr məsafəyə tapança ilə sürətli atəş açma, təsnifat mərhələsi, 1-ci gün): Ruslan Lunyov
11:00. Qadınlar (Trap, təsnifat mərhələsi, 1-ci gün): Ülviyyə Eyvazova, Aydan Camalova
Badminton
13:00. Kişilər (fərdi, 1/8 final): Edi Reski Dviçayo – Kalle Kolyonen (Finlandiya)
13:00. Qadınlar (fərdi, 1/8 final): Keyşa Fatime Zəhra – Jenjira Stadelmann (İsveçrə)
Çimərlik futbolu
18:00. Kişilər. A qrupu, III tur: Azərbaycan - İspaniya
"Finlandiya" teqi üzrə xəbərlər
- ATƏT-in fəaliyyətdə olan sədri Cənubi Qafqaz regionuna səfər etməyi planlaşdırır
- Finlandiya XİN: "ATƏT-in sədri kimi Bakı və İrəvan arasında dialoqu gücləndirməyə hazırıq"
- Baltik dənizində növbəti sualtı kabel zədələnib
- Finlandiya parlamentində narkotik izləri tapıldı
- Prezident İlham Əliyev finlandiyalı həmkarını təbrik edib