İyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunlarına 200 min bilet satılıb.
Bunu Oxu.Az-a “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsindən bildiriblər.
Məlumata əsasən, açılış mərasimi üçün nəzərdə tutulan biletlərin isə 70 faizi artıq satılıb. Birinci Avropa Oyunları üçün 600 min bilet satışa çıxarılıb.
Qeyd edək ki, iyunun 12-dən 28-dək keçiriləcək Bakı-2015 Birinci Avropa Oyunlarına biletləri Bakının müxtəlif nöqtələrində yerləşən şatış məntəqələrindən, www.baku2015.com saytından onlayn almaq mümkündür.
Əlavə edək ki, Bakı-2015 Avropa Oyunları zamanı şəhərin müxtəlif yerlərindəki arenalarda 20 idman növündə 6 mindən çox idmançı mübarizə aparacaq.
E.Ə.
www.oxu.az