Bakıda keçiriləcək “Bakı 2015” I Avropa Oyunlarının yarışlarına biletlər bayram günlərində - martın 19-dan 21-nə qədər satışa çıxarılacaq.
Oxu.Az xəbər verir ki, qiymətlər hələ elan olunmasa da, Avropa Oyunlarının Əməliyyat Komitəsinin nümayəndəsi Pirs O’Kallahan qeyd edib ki, onlar Azərbaycan vətəndaşları üçün münasib qiymətə olacaq.