Rusiyanım Olimpiya Komitəsi (ROK) “Bakı 2015” İlk Avropa Oyunlarında iştirak edəcək milli yığmanın ilkin tərkibini təsdiq edib.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə ROK prezidenti Aleksandr Jukov təşkilatın icra komitəsinin iclasından sonra deyib.
“Bu gün biz komandamızın ilkin tərkibi və onun formalaşdırılmasının prinsiplərini təsdiq etdik. Prinsiplərlə nəzərdə tutulur ki, Avropa Oyunlarına bütün idman növləri üzrə ən güclü idmançılar gedəcək. Ola bilsin ki, voleybolu istisna etməklə. Bakıya həmçinin bizim güclü qılıncoynadanlar da getməyəcək, belə ki, bu il onların dünya çempionatıdır”, - Jukov deyib.
Rusiya yığmasının ilkin siyahısına 360-a yaxın idmançı daxil olub.
ROK prezidentinin sözlərinə görə, ilk Avropa Oyunlarında Rusiya yığması ümumi komanda hesabında birinci yer üçün mübarizə aparacaqlar.
“Məqsədimiz qeyri-rəsmi komanda hesabında qələbə uğrunda mübarizə aparmaqdır”, - Jukov deyib.