Bakı-2015 Birinci Avropa Oyunlarının açılış mərasimi davam edir.
Oxu.Az xəbər verir ki, açılış mərasimində Oyunlarda iştirak edəcək ölkələrin idmançıları Olimpiya stadionuna daxil olublar.
İlk olaraq, meydana Yunanıstan idmançıları, daha sonra isə digər ölkələrin idmançıları tamaşaçıların alqışları altında stadiona daxil olublar.
Azərbaycan idmançılarının stadiona daxil olması isə tamaşaçılar tərəfindən ayaq üstə alqışlarla qarşılanıb.
Tədbir davam edir.