Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Avropada keçiriləcək futbol oyunlarının AFİŞASI
Bu gün Avropanın yaşıl meydanları bir sıra maraqlı futbol oyunlarına ev sahibliyi edəcək.
Oxu.Az xəbər verir ki, Türkiyə Kuboku "Antalyaspor" "Beşiktaş"ı, "Kırklarelispor" "Kocaelispor"u, "Sivasspor" isə "Bodrumspor"u qəbul edəcək. Hər üç görüş Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
İngiltərə Premyer Liqasında "Brayton" "Bornemut" ilə, "Kristal Palas" "Aston Villa" ilə, "Vulverhempton" isə "Fulhem" ilə üz-üzə gələcək. Hər üç görüş 23:30-da başlayacaq. "Çelsi" "Sauthempton" matçı isə gecə yarısı 00:15-də start götürəcək.
İtaliya A seriyasında "İnter" doğma meydanda "Latsio"nu qəbul edəcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə gecə yarısı səsləndiriləcək.
İspaniya La Liqasında isə əzəli rəqiblər üz-üzə gələcək. "Atletiko Madrid" səfərdə "Barselona"nın qonağı olacaq. Görüş Bakı vaxtı ilə gecə yarısı saat 00:30-da keçiriləcək.
25 fevral
Türkiyə Kuboku
Saat 16:00, "Antalyaspor" - "Beşiktaş";
Saat 16:00, "Kırklarelispor" - "Kocaelispor";
Saat 16:00, "Sivasspor" - "Bodrumspor".
İngiltərə Premyer Liqası
Saat 23:30, "Brayton" - "Bornemut";
Saat 23:30, "Kristal Palas" - "Aston Villa";
Saat 23:30, "Vulverhempton" - "Fulhem".
26 fevral
İspaniya La Liqası
Saat 00:30, "Barselona" - "Atletiko Madrid".
İngiltərə Premyer Liqası
Saat 00:15, "Çelsi" - "Sauthempton".
İtaliya A seriyası
Saat 00:00, "İnter" - "Latsio".
"İngiltərə Premyer Liqası (İPL)" teqi üzrə xəbərlər
- Məhəmməd Salah bu mövsüm rekordlarına daha birini əlavə etdi
- Məhəmməd Salah İngiltərə Premyer Liqasında rekorda imza atdı
- "Mançester Yunayted" Ruben Amorimlə də yolları ayırır
- İngiltərə Premyer Liqası: "Liverpul" "Aston Villa" ilə bacarmadı
- Qvardiola üç ulduz futbolçusu ilə yolları ayırmağı PLANLAŞDIRIR