"Qalatasaray" rəsmiləri Joze Mourinyonu rəqib komandanın futbolçularına qarşı irqçilik etdiyi üçün UEFA-ya şikayət ediblər.
Oxu.Az xəbər verir ki, "Qalatasaray" - "Fənərbağça" derbisi başa çatdıqdan sonra təcrübəli mütəxəssis mətbuat konfransında "Ehtiyat oyunçular skamyasında meymun kimi tullanıb-düşürdülər", - dediyi üçün "sarı-qırmızılar"ın rəsmiləri J.Mourinyonu UEFA-ya şikayət ediblər.
Qeyd edək ki, görüş qolsuz heç-heçə ilə başa çatıb.