"Mançester Yunayted"in keçmiş baş məşqçisi Erik ten Haq "Ayaks"ı çalışdıracaq.
Oxu.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis namizədlər arasında favoritlərdəndir. Həmçinin bu posta təyinatla bağlı Pol Simonisin də adı çəkilir.
Mayın 19-da "Ayaks" Françesko Fariolinin vəzifəsindən kənarlaşdırıldığını açıqlayıb. Onun rəhbərliyi altında komanda 9 xallıq fərqi əldən verərək, çempion ola bilməyib.