Taekvondoçumuz Ayxan Tağızadə növbəti döyüşünü də qələbə ilə başa vurdu.
Oxu.Az xəbər verir ki, finala gedən yolda idmançımız Avropa və dünya çempionu, Olimpiya oyunlarının mükafatçısı Aleksey Denisenko ilə qarşılaşıb.
Döyüş Ayxanın 7:5 hesablı qələbəsi ilə başa çatıb və idmançımız finala yüksəlib.
16:11
68 kq çəki kateqoriyasında yarışan taekvondoçumuz Ayxan Tağızadə 1/4 mərhələdə olimpiya çempionu, ikiqat dünya və ikiqat Avropa çempionu Xoel Qonzales Bonilla (İspaniya) ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, Tağızadə gərgin keçən döyüşdə 7:5 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib.
57 kq çəki kateqoriyasında çıxış edən qadın taekvondoçumuz Günay Ağakişiyeva isə bürünc medal uğrunda yarışmaq şanslarını itirib.
Belə ki, onun uduzduğu serbiyalı Draqana Qladoviç növbəti döyüşdə məğlub olub.
11:22
Bu gün Bakı-2015 I Avropa Oyunlarında taekvondo yarışları start götürüb.
Oxu.Az xəbər verir ki, idmanın bu növündə Azərbaycanı təmsil edən Ayxan Tağızadə (68 kq) ilk görüşündə sloveniyalı Yure Pantarlaya heç bir şans verməyib – 11:3.
57 kq çəki kateqoriyasında çıxış edən qadın taekvondoçumuz Günay Ağakişiyeva isə serbiyalı Draqana Qladoviçə məğlub olub – 8:4.
Qladoviç finala yüksələrsə, Günay bürünc medal uğrunda mübarizə aparacaq.
09:55
Bakı Kristal Zalında qadınlar və kişilər arasında taekvondo yarışları davam edir.
Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Günay Ağakişiyeva Serbiya idmançısı Draqana Qladoviç ilə yarışacaq.
Kişilər arasında yarışlarda Ayxan Tağızadə sloveniyalı Yure Pantarla qarşılaşacaq.
E.Ə.