Fələstinin baş naziri Hami Abdulla Mahmud Abbasa istefa barədə müraciət edib.
Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, Mahmud Abbas baş nazirə yeni hökumətin qurulması ilə bağlı göstəriş verib.
10:20
Fələstin lideri Mahmud Abbas çərşənbə axşamı yaxın günlərdə Fələstin hökumətini buraxmaq barədə planlarını bəyan edib, bu barədə İsrailin “Yediot axronot” nəşrinin saytında Fələstin rəhbərliyində olan mənbəyə istinadən bildirilib.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, hakimiyyətin istefasının səbəbi Qəzza bölgəsində öz vəzifələrini yerinə yetirə bilməməsi və onun fəaliyyətinə HƏMAS tərəfindən maneə törədilməsidir.
Mənbənin məlumatına görə, Abbas baş nazir Hami Abdulla ilə görüşəcək. Görüşün gedişatında Fələstin lideri Abdulladan öz vəzifəsində qalaraq yeni hakimiyyətin formalaşdırılmasını xahiş edəcək.