Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azad Rəhimova WBC-nin çempion kəməri hədiyyə olundu
Dünya Boks Şurasının (WBC) prezidenti Maurusio Süleyman Azərbaycanın gənclər və idman naziri Azad Rəhimova çempion kəməri hədiyyə edib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, xüsusi mükafatı WBC-nin Bakıda işinə başlayan 55-ci Konvensiyası zamanı məşhur boksçular - Vitali Kliçko və Evander Holifild təqdim ediblər.
Qeyd edək ki, federasiya rəhbərləri, idman menecerləri, keçmiş və hazırkı çempionatların, ümumilikdə Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika qitəsindən 500-dən çox qonağın qatıldığı Konvensiyaya oktyabrın 6-da yekun vurulacaq.
E.Ə.
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Bakının iki rayonunda keçirilən əməliyyat zamanı 22 qumbara aşkarlandı
- Bakı küçələrindən rəngarəng reportaj: Novruz hazırlıqları necə gedir?
- KİV: "Trampın xüsusi elçisi Bakıya gəlib"
- Bakıda gecə klubunun sahibi cəzalandırıldı
- "Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək
Ən çox oxunanlar