"Azər Həşimov "Karvan-Yevlax"ın baş məşqçisi postundan ayrılmayıb".
Bu barədə Oxu.Az-a klubun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Azər Həşimovun klubdakı gələcəyi ilə bağlı qərar hələ verilməyib:
"Azər Həşimovun klubdakı taleyi ilə bağlı məlumat gün ərzində və ya sabah veriləcək".
Qeyd edək ki, "Karvan-Yevlax" klubu 12 turdan sonra 5 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Murad Nəsimi