Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə Avropa çempionatının ikinci günündə - iyulun 23-də tapança ilə 25 metr və tüfənglə 50 metr məsafəyə atəş açma üzrə yarışlara start verilib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, turnirin ikinci günündə yığma komandamızın üzvü Ruslan Lunyov da mübarizəyə qoşulub.
O, 25 metr məsafədən tapança ilə hədəfi vurmaq bacarığını nümayiş etdirəcək. Çempionata avqustun 4-də yekun vurulacaq.
A.M.