Slovakiyanın paytaxtı Trnavada Azərbaycan və Slovakiya yığmaları arasında futzal üzrə “Avro-2016”nın pley-off mərhələsinin cavab qarşılaşması keçirilib.
Oxu.Az xəbər verir ki, oyun 1:1 hesablı bərabərliklə bitib. Azərbaycan yığmasının heyətində yegənə qolu Viyaliy Borisov vurub.
Xatırladaq ki, Bakıda keçirilən ilk görüşdə millimiz 3:1 hesabı ilə qələbə qazanmışdır, və iki oyunun nəticəsinə görə (4:2) Azərbaycan yığması “Avro-2016”nın final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, Avropa çempionatı 2-13 fevral tarixlərində Serbiyanın paytaxtı Belqradda keçiriləcək.
F.H.
www.oxu.az