Bu gün Avropa Oyunları çərçivəsində basketbolun 3x3 növü üzrə matçlar keçirilir.
Oxu.Az xəbər verir ki, 1/8 final matçında Azərbaycanın qadın yığması 17:10 hesabı ilə Litvaya qalib gəlib. Saat 21:30-da basketbolçular İspaniya ilə 1/4 finala çıxacaqlar.
Azərbaycanın kişilərdən ibarət yığma komandası 1/8 finalda İsrail ilə oynayacaq. Oyun saat 20:00-da başlayacaq.
15:00
Bakı-2015 Avropa Oyunlarının 14-cü günündə basketbolun 3x3 növü üzrə yarışlar davam edir.
Oxu.Az xəbər verir ki, Azərbaycanın kişilər və qadınlardan ibarət basketbol komandaları ayrı-ayrılıqda Basketbol Arenasında seçmə mərhələlərdə mübarizə aparacaq.
F.H.
www.oxu.az