Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycan bir gündə üç medal qazandı - YENİLƏNİB
Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinin ikinci günündə Azərbaycan cüdoçuları üç medal qazanıb.
Oxu.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan üç cüdoçumuz həlledici görüşlərdə qalib gəlib.
Belə ki, Telman Vəliyev və Rüstəm Orucov bürünc, Hidayət Heydərov isə qızıl medal qazanıb.
Bununla da bu turnirdə medallarımızın sayı dördə çatıb.
Xatırladaq ki, dünən Nicat Şıxəlizadə gümüş medal qazanmışdı.
15:50
Bakıda keçirilən ənənəvi cüdo üzrə “Böyük Dəbilqə” (Grand Slam) turnirində Azərbaycan dueli baş tutub.
Oxu.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində dünya lideri olan Rüstəm Orucov yarımfinalda özündən yaşca kiçik Hidayət Heydərova uduzub.
Hidayət “Golden Score”da (Qızıl Xal) əzəli rəqibini ippona salıb.
Həmin çəkinin digər yarımfinal görüşündə Telman Vəliyev israilli Tohar Butbula uduzub. Beləliklə, Butbul Hidayət Heydərovun finaldakı rəqibi olub.
Telman Vəliyev və Rüstəm Orucov isə bürünc medal uğrunda görüşə çıxacaq. Onların rəqibləri müvafiq olaraq rusiyalı Denis Yartsev və kosovolu Akil Qyakova olacaq.
Qeyd edək ki, həlledici görüşlər bu gün saat 17:00-dan etibarən start götürəcək.
15:03
Bakıda keçirilən ənənəvi cüdo üzrə “Böyük Dəbilqə” (Grand Slam) turnirində idmançılarımızın mübarizəsi davam edir.
Oxu.Az xəbər verir ki, mübarizəni davam etdirən yalnız 73 kq çəki dərəcəsində üç cüdoçumuz qalıb.
Maraqlıdır ki, həmin çəkinin bir yarımfinal görüşündə Azərbaycan idmançıları – Rüstəm Orucov və Hidayət Heydərov bir-biri ilə qarşılaşacaq. Onlar finala çıxmaq üçün bir-birlərini məğlub etməyə çalışacaqlar.
Kişilər
-73 kq
Rüstəm 1/8 finalda monqolustanlı Batbold Bulqanı, 1/4 finalda almaniyalı Antoni Zinqi məğlub etdi. O, yarımfinalda digər Azərbaycan idmançısı Hidayət Heydərovla qarşılaşacaq.
Hidayət Heydərov 1/8 finalda macarıstanlı Friqyeş Sabonu, 1/4 finalda rusiyalı Denis Yartsevi məğlub etdi. O, yarımfinalda digər Azərbaycan idmançısı Rüstəm Orucovla qarşılaşacaq.
Telman Vəliyev 1/8 finalda türkiyəli Bilal Çiloğlunu, 1/4 finalda moldovalı Viktor Sterpunu məğlub etdi. O, yarımfinalda Akil Qyakova (Kosovo) – Tohar Butbul (İsrail) görüşünün qalibi ilə qarşılaşacaq.
-81 kq
Murad Fətiyev 1/8 finalda gürcüstanlı Tato Qriqalaşviliyə uduzdu.
Hasil Cəfərov 1/8 finalda israilli Saqi Mukiyə uduzdu.
Araş Ağayi 1/16 finalda ispaniyalı Alfonso Urkisa Solanaya qalib gəlsə də, 1/8 finalda belçikalı Matias Sassa uduzdu.
13:16
Bakıda keçirilən ənənəvi cüdo üzrə “Böyük Dəbilqə” (Grand Slam) turnirində idmançılarımızın mübarizəsi davam edir.
Oxu.Az xəbər verir ki, artıq dörd qadın idmançımız uduzaraq mübarizəni dayandırıb.
Kişi cüdoçularımızdan medal ümidlərimiz – Rüstəm Orucov və Hidayət Heydərov mübarizələrini davam etdirir.
Qadınlar
-63 kq
Diana Şoranova qazaxıstanlı rəqibinə qalib gəldi. O, 1/8 finalda polşalı Aqata Ozdoba-Blaxla qarşılaşdı və uduzdu.
Nuriyyə Axundova ispaniyalı rəqibinə uduzdu.
-70 kq
Aidə Baxışova almaniyalı rəqibinə uduzdu.
Günel Həsənli avstraliyalı rəqibinə uduzdu.
Kişilər
-73 kq
Rüstəm Orucov Moldovadan olan rəqibinə qalib gəldi. O, 1/8 finalda monqolustanlı Batbold Bulqanla qarşılaşacaq.
Hidayət Heydərov özbək rəqibinə qalib gəldi. O, 1/8 finalda macarıstanlı Friqyeş Sabo ilə qarşılaşacaq.
Telman Vəliyev qazaxıstanlı rəqibinə qalib gəldi. O, 1/8 finalda türkiyəli Bilal Çiloğlu ilə qarşılaşacaq.
Rüfət Məmmədov Səudiyyə Ərəbistanından olan rəqibinə qalib gəldi. O, 1/16 finalda israilli Tohar Butbulla qarşılaşdı və uduzdu.
-81 kq
Murad Fətiyev çexiyalı rəqibinə qalib gəldi. O, 1/8 finalda gürcüstanlı Tato Qriqalaşvili ilə qarşılaşacaq.
Afiq Səfərli fransalı rəqibinə uduzdu.
Hasil Cəfərov türkiyəli rəqibinə qalib gəldi. O, 1/8 finalda israilli Saqi Muki ilə qarşılaşacaq.
Araş Ağayi Almaniyadan olan rəqibinə qalib gəldi. O, 1/16 finalda ispaniyalı Alfonso Urkiza Solana ilə qarşılaşacaq.
10:57
Bakıda keçirilən ənənəvi cüdo üzrə “Böyük Dəbilqə” (Grand Slam) turnirində ikinci günə start verilib.
Oxu.Az xəbər verir ki, bu gün qadın və kişi cüdoçular hərəsi iki çəki dərəcəsi olmaqla mübarizəyə qoşulub.
12 cüdoçumuz bu gün medal uğrunda mübarizə aparacaq.
Qadınlar
-63 kq
1/16 final. Diana Şoranova – Akniyet Turdan (Qazaxıstan)
1/16 final. Nuriyyə Axundova – Kristina Kabana Peres (İspaniya)
70 kq
1/16 final. Aidə Baxışova – Laura Varqas Kox (Almaniya)
1/16 final. Günel Həsənli – Aoyfe Kaflan (Avstraliya)
Kişilər
73 kq
1/16 final. Rüstəm Orucov – Madiyar Sembayev (Qazaxıstan) / Kornel Andries (Moldova) cütünün qalibi
1/16 final. Hidayət Heydərov – Obidxon Nomonov (Özbəkistan)
1/16 final. Telman Vəliyev – Janbolat Baqtberqenov (Qazaxıstan)
1/32 final. Rüfət Məmmədov – Süleyman Həməd (Səudiyyə Ərəbistanı)
81 kq
1/16 final. Murad Fətiyev – Eoyn Kaflan (Avstraliya) / Yaromir Musil (Çexiya) cütünün qalibi
1/32 final. Afiq Səfərli – Alfa Umar Calo (Fransa)
1/32 final. Hasil Cəfərov – İlkər Güldürən (Türkiyə)
1/32 final. Araş Ağayi – Aleksander Veçerzak (Almaniya)
Qeyd edək ki, 2020-ci il Tokio Olimpiadasına lisenziya xalları verən bu yarışda Nicat Şıxəlizadə (-66 kq) dünən gümüş medal qazanıb.
Səbuhi MUSAYEV
Rəylər