Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycan cüdo millisi Qran-prini bir medalla başa vurub - YENİLƏNİB
Azərbaycan cüdo millisi Avstriyanın Linz şəhərində keçirilən Qran-prini bir medalla başa vurub.
Oxu.Az-ın məlumatına görə, turnirə beş idmançı ilə qatılan yığma üzvlərindən yalnız biri gümüş mükafata yiyələnib.
Daha əvvəl Rəşid Məmmədəliyev (73 kq) fəxri kürsünün ikinci pilləsinə qalxmışdı. Yarışın son günündə isə Camal Qamzatxanov (+100 kq) medalçılar sırasına düşmək şansını əldən verib. O, “bürünc” uğrunda görüşdə almaniyalı Losseni Koneyə məğlub olub.
Qeyd edək ki, Aytac Qardaşxanlı (63 kq), Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (hər ikisi 52 kq) da uğursuz nəticə göstəriblər.
12:12
Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-priyə bu gün yekun vurulacaq.
Oxu.Az xəbər verir ki son gündə Azərbaycanın bir idmançısı mübarizə aparacaq.
Camal Qamzatxanov +100 kq dərəcəsində medallar uğrunda yarışacaq. O, 1/16 finalda qvineyalı Mustafa Fofananı sınağa çəkəcək.
Qeyd edək ki, ilk iki gündə Azərbaycanın dörd cüdoçusu çıxış edib. Onlardan yalnız gümüş medal qazanan Rəşid Məmmədəliyev (73 kq) fəxri kürsüyə qalxıb.
Rəylər