Azərbaycanın cüdo millisi Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirini üç bürünc medalla başa vurub.
Oxu.Az xəbər verir ki, yarışın son günündə təmsilçilərimizdən Camal Qamzatxanov (+100 kq) və Uşangi Kokauri (+100 kq) bürünc medal qazanıblar.
Daha əvvəl təmsilçilərimizdən Rəşid Məmmədəliyev (73 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı.
Qaynar xətt:
(055) 224 12 12