İslandiyanın paytaxtı Reykyavikdə davam edən şahmat üzrə komandalararası Avropa çempionatının 7-ci turunda Azərbaycanın qadınlardan ibarət milli komandası Ermənistan şahmatçıları ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, matç 2:2 hesabı yekunlaşıb.
Zeynəb Məmmədyarova 1-ci lövhədə qara fiqurlar ilə əslən Bakıdan olan Elina Danielyana qalib gəlib. 2-ci lövhədə Gülnar Məmmədova Lilit Mkrtçyana uduzub.
Üçüncü və dördüncü lğvhədə mübarizə aparan Nərmin Kazımova və Ülviyyə Fətəliyeva müvafiq olaraq Lilit Qaloyan və Mariya Kursova ilə bərabərliyə qalıblar.
7 turdan sonra qadınlardan ibarət Azərbaycan yığmasının hesabında 7 xal var.
Aleksandr Xalifmanın kapitanlıq etdiyi kişilərdən ibarət yığmamız Latviya ilə qarşılaşıb. Teymur Rəcəbovun məğlub olduğu matçda, Rauf Məmmədov və Arkadi Naydiç heç-heçə oynayıb. Yığmanın lideri Şəhriyar Məmmədyarov qalib gələrək millimizi məğlubiyyətdən xilas edib.
Kişilərdən ibarət Azərrbaycan yığmasının hesabında 10 xal var.
F.H.
www.oxu.az