Dünən “Azercell U-17 Liqa”nın 2013/2014-cü il mövsümünə start verilib.
Oxu.Az Rekord.az-a istinadən xəbər verir ki, birinci tur çərçivəsində “İnter” “Qəbələ”ni qəbul edib.
Oyunun qırılma nöqtəsi isə matçı idarə edən hakim Elməddin İsgəndərovun yersiz verdiyi penalti epizodudur. Videoya baxarkən, heç bir qayda pozuntusu baş vermədiyi açıq aşkar görünsədə, hakim nədənsə penalti təyin edib.
Təbii ki bu qərardan narazı olan “İnter”in iki futbolçusu hakimə qərarın ədalətsizliyini izah etməyə çalışarkən meydandan qovub. Bundan sonra isə sözün əsl mənasında ara qarışıb, “İnter” rəhbərliyi hakimə hücum çəkib, futbolçular meydançanı tərk edib.
Həmin videogörüntünü oxucularımıza təqdim edirik. Diqqət: videoda təhqiramiz ifadələr səslənir.
www.oxu.az