Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Dağlıq Qarabağa heç bir aidiyyatı yoxdur.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki Rusiya Xəzəryanı əməkdaşlıq institunun baş direktoru Sergey Mixeev İrəvan-Moskva arasında videokörpüdə çıxış edərkən bildirib.
Onun sözlərinə görə, KTMT ölkələri silahlı münaqişələrdə İrəvana yardım edəcəklər, amma bunun Dağlıq Qarabağ münaqişəsi ilə heç bir əlaqəsi yoxdur.
Ekspert vurğulayıb ki, işğal olunmuş Dağlıq Qarabağın rəhbərliyi özünü Ermənistanın bir hissəsi hesab etmir və özünü dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan müstəqil dövlət kimi təqdim edir.
Ekspertin sözlərinə görə, qondarma respublika KTMT-nin üzvü deyil və onun Kollektiv Təhlükəsizlik Müqaviləsinin yurisdiksiyasına heç bir aidiyyatı yoxdur.