Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycan futzal millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılır
Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisovla müqavilənin müddəti uzadılacaq.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, 42 yaşlı mütəxəssislə bir illik yeni sözləşmə imzalanacaq.
Bununla bağlı yekun qərar AFFA İcraiyyə Komitəsinin növbəti iclasında qəbul olunacaq.
Qeyd edək ki, Vitali Borisov ötən ilin yayından Azərbaycan millisinin baş məşqçisi postunda çalışır.
Ən çox oxunanlar
Rəylər