Moskvada 6-8 noyabr tarixlərində yunan-roma, qadın və sərbəst güləş üzrə Avropa millətlər kubokunda iştirak edəcək komandaların tərkibi müəyyən edilib.
Oxu.Az xəbər verir ki, Azərbaycan yığması hər üç növdə iştirak edəcək.
Turnirdə yunan-roma güləşi üzrə rəqiblərimiz Rusiya, Ukrayna, Almaniya, Belarus və Türkiyə, qadın güləşi üzrə Rusiya, Ukrayna, Belarus, Polşa və Türkiyə, sərbəst güləş üzrə isə Rusiya, Gürcüstan, Belarus və Polşa olacaq.
Moskvada iştirak etmək üçün vəsiqəni Bakıda keçirilən Avropa Oyunlarının nəticələrinə görə, hər üslub üzrə altı ən yaxşı yığma alıb.
F.H.
www.oxu.az