Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycan güləşçisi Xorvatiyadakı Dünya Seriyasında çempion olub
Azərbaycanı Xorvatiyanın Poreç şəhərində keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasında təmsil edən Ramiz Həsənovla (80 kq) İbrahim Yusubov (90 kq) uğurlu çıxışla yadda qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə Güləş Federasiyasının Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Oyan Nəzərianinin rəhbərliyi altında çıxış edən R.Həsənov yekun nəticəyə əsasən, dünya ikincisi olub. İ.Yusubov isə titulunu qoruyaraq və üçüncü dəfə dünya çempionu adını qazanıb.
İ.Yusubov A qrupunda moldovalı Trayan Kapatinaya (3:0), ukraynalı Nazar Doda (3:0) və macarıstanlı Patrik Puespoekiyə (3:0) qalib gəlib. Yarımfinalda ukraynalı Oleksey Yakovçuku (3:2) minimal fərqlə üstələyən idmançı finalda yenidən T.Kapatinayla qarşılaşıb. Bu dəfə də rəqibinə qalib gələn (3:1) İbrahim final mərhələsində qızıl medal qazanıb.
R.Həsənov da A qrupunda yer alıb. O, fransalı Huqo Kuenoya (2:0), gürcüstanlı Ramaz Zoidzeyə (4:0) və serbiyalı Milyan Rayiçə (3:0) qalib gələrək qrup lideri kimi yarımfinala yüksəlib. Həmyerlimiz yarımfinalda Xristoforidis Xristosdan güclü olub - 2:0. Finalda moldovalı Vasile Diakona (0:2) məğlub olan güləşçi final mərhələsini gümüş medalla başa vurub.
"Azərbaycan Güləş Federasiyası" teqi üzrə xəbərlər
- İli lider kimi bitirən güləşçilərimizə pul mükafatı təqdim edilib
- Beş il öncə karyerasını başa vuran güləşçi yenidən xalça üzərinə qayıdır
- Azərbaycan millisinin baş məşqçisi Dünya Güləş Birliyinin yeni təlimatçısı seçilib
- AGF rəsmisi Dünya Güləş Birliyində yaradılan yeni komitənin prezidenti seçilib
- Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatını medalsız başa vurublar
Rəylər