Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycan İdman Akademiyasının rebrendinq tədbiri keçirilib
Martın 12-də Azərbaycan İdman Akademiyasının (AİA) rebrendinq tədbiri keçirilib.
Oxu.Az xəbər verir ki, Gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, millət vəkilləri, müxtəlif universitetlərin rektorları, idman ictimaiyyətinin nümayəndələri, federasiya rəsmiləri, jurnalistlər və digər qonaqların da iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan İdman Akademiyasının fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, Akademiyanın yeni loqosu təqdim olunub və yeni struktur haqqında məlumat verilib. Həmçinin bildirilib ki yeni loqo özündə Akademiyanın fəaliyyətində yeni yanaşmaları, ali təhsil sistemində müasir tələbləri ehtiva edir. Həmçinin AİA-nın yeni loqosunun həm tələbələrə, həm də idmana yönəlik olduğu qeyd edilib.
Tədbirdə Akademiyanın rektoru Fuad Hacıyev və prorektoru Ülkər Babayeva çıxış ediblər.
Qeyd edək ki, son dövrlərdə Azərbaycan İdman Akademiyasında (AİA) ciddi islahatlar aparılıb. Akademiyada dünyanın aparıcı universitetləri ilə sıx əməkdaşlıq edilir. O cümlədən Böyük Britaniyanın Koventri Universiteti və Rusiyanın MGİMO Universiteti ilə ikili diplom proqramları həyata keçirilir. Həmçinin AİA-da əcnəbi müəllim heyəti həm tədris prosesinə, həm də idarəetməyə cəlb olunub. Akademiyada idman, pedaqogika, idman tibbi, menecment və jurnalistika sahələri üzrə mütəxəssislər də hazırlanır.
Tədbirin sonunda xatirə fotosu çəkdirilib.
"Fərid Qayıbov" teqi üzrə xəbərlər
- Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ
- İcra hakimiyyəti orqanlarının fevral ayında keçiriləcək vətəndaş qəbulunun CƏDVƏLİ
- "Qəbələ - İdman Paytaxtı 2025"in açılış mərasimi olub
- Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb
- Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı