Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Əlil ana övladları üçün yardım istəyir: "Meyvə belə ala bilmirəm"
On yaşlı Yusifin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Günel Əsgərova məlumat verib.
O bildirib ki, övladı anadangəlmə serebral iflicdən əziyyət çəkir:
"Yusifin on yaşı var. O, anadangəlmə serebral iflicdən əziyyət çəkir. Bir il öncə torpağımı sataraq onu İrana müalicəyə apardım. Həkim orada Yusifin başına maye yığıldığını və təcili əməliyyata ehtiyacı olduğunu dedi. Biz ötən ilin oktyabr ayında yenidən İrana gedərək onun əməliyyatını etdirdik. Hazırda həkimlər Yusifin başına yenidən maye yığıldığını deyirlər. Bu, Yusifin görməsinə də ciddi əngəl törədir. Müalicələri vaxtında etməsək, Yusif görmə qabiliyyətini tamamilə itirə bilər. Sizin saytın izləyicilərinin dəstəyi ilə onun müalicələrini edə bilirik".
Günel Əsgərova övladlarına təkbaşına baxdığını deyib:
"Mənim Yusifdən başqa iki övladım da var. Digər oğlum Dünyaminin ayaqları tutulur, yaddaşı itirdi. Onu da sizin dəstəyinizlə müalicə etdirirəm. Bir neçə gün əvvəl onu da həyətdə it qapıb. Təcili xəstəxanaya aparıb, iynə vurdurduq. Yusifi yenidən Bakıya müayinə üçün gətirməliyəm. Əlimdə olan son pulu Dünyaminin müalicəsi üçün xərclədim. Övladlarımın atası illər əvvəl bizdən ayrılıb, özünə yeni həyat qurub. Övladları ilə maraqlanmır, heç bir dəstəyi də yoxdur. Özüm ikinci qrup əliləm, bir qolum işləmir. Buna görə də iş tapıb işləyə bilmirəm. Yusiflə mənim pensiyama dolandırıram uşaqlarımı. İnanın, uşaqlarımı bir qarnı ac, bir qarnı tox böyüdürəm. İnanın səmimiyyətimə, sizin paylaşımlardan sonra övladlarım meyvə görüb, meyvə tanıyıb. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını, övladımın əməliyyatı üçün köməklərini əsirgəməmələrini xahiş edirəm".
Ailə ilə əlaqə: (051) 819-60-21.
Kapital Bank: 4169 7388 3782 1028.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Böyrək köçürülən Esmira: "Ağrıkəsicilərimi belə borca alırıq"
- 54 günlük körpənin vəziyyəti yenidən ağırlaşıb: 13 il övlad həsrəti çəkən ana fəryad edir
- Səkkiz yaşlı Mehdinin sizin köməyinizə ehtiyacı var: Ən böyük arzusu anasına tərəf addımlamaqdır
- Bakıda 12 yaşlı oğlan 14-cü mərtəbədən yıxılıb öldü
- Övladının müalicəsi üçün evini satan ana yardımsevər şəxslərdən dəstək istəyir