Azərbaycanın iki qılıncoynadanı və bir yüngül atleti Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxış edərək medallar qazanıblar.
Oxu.Az xəbər verir ki, sablya növü üzrə yarışda Polina Kaspiarovic fəxri kürsünün üçüncü pilləsinə qalxaraq bürünc medal əldə edib. O, yarımfinalda özbəkistanlı rəqibinə məğlub olaraq bürünc medala sahib çıxıb.
Eyni zamanda qılıncoynadanımız Vahab Fətullayev də yarımfinalda məğlub olsa da, bürünc medal qazanıb.
Atletika yarışlarında Azərbaycan millisinin üzvü Yekaterina Sariyeva üç təkanla tullanma növündə mübarizə aparıb. Onun ən yaxşı nəticəsi 13.84 metr olub və bu göstərici Sariyevaya bürünc medal qazandırıb. Qeyd edək ki, bu, idmançımızın İslam Həmrəyliyi Oyunlarında 4-cü medalıdır: 2013-cü ildə Palembanqda qızıl, 2017-ci ildə Bakıda bürünc, 2021-ci ildə Konyada gümüş medal qazanmışdı.
Beləliklə, Azərbaycan idmançıları yarışda 3 bürünc medal qazanaraq ölkəmizi uğurla təmsil ediblər.
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında bu gün mübarizəyə başlayacaq.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, yığma qrup mərhələsində iki oyun keçirəcək.
Komanda Bakı vaxtı ilə saat 17:00-da meydan sahibləri ilə üz-üzə gələcək. Növbəti görüş isə 21:10-da Türkiyə yığmasına qarşı olacaq.
Həndbol üzrə Azərbaycan millisi Qazaxıstan kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. Qrup matçı Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
Taekvondoçulardan Nərgiz Kazımova (63 kq), Riyad Şirəliyev (67 kq) və Eltac Qafarov (+83 kq) dayanq üzərinə çıxacaqlar.
Paraatlet Samir Nəbiyev (F57) nüvə atma, atlet Yekaterina Sarıyeva üç təkanla tullanmada bacarığını göstərməyə çalışacaq.
Qılıncoynatmanın şpaqa növündə Ruslan Həsənov, Vahab Fətullayev, sablya növündə Palina Kaspiaroviç və Səbinə Kərimova mübarizə aparacaqlar.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq. Azərbaycan 42 mükafatla (5 qızıl, 14 gümüş, 23 bürünc) medal sıralamasında 9-cu pillədə qərarlaşıb.